Yuxarı
    Bağlamaq

    Azərbaycan MN: Ermənilərin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb

    Düşmən geri çəkilməyə məcbur edilib

    Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatını şərh edib.

    Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı Azərbaycan bölmələri tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb: "Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.

    Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi