Yuxarı
    Bağlamaq

    Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəsi 54 dəfə pozub

    Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

    Bakı. 14 dekabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 54 dəfə pozub.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex və Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
    İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Kəngərli, Baş Qərvənd, Mərzili, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi