Yuxarı
    Bağlamaq

    Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəsi 40 dəfə pozub

    Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

    Bakı. 19 yanvar. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 40 dəfə pozub.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Nazirlikdən bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan, İcevan rayonunun Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi