Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 78 dəfə pozub​

Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 78 dəfə pozub​ Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
17 İyul , 2015 10:08
Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 78 dəfə pozub​

Bakı. 17 iyul. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 78 dəfə pozub. 

"Report"un xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Nazirlikdən bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli, Ağbulaq kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şuraabad, Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi