Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 31 dəfə pozub

Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 31 dəfə pozub Tovuz rayonunun Koxanəbi kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Qarabağ
29 Oktyabr , 2016 09:52
Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 31 dəfə pozub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi