Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 18 dəfə pozub

Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 18 dəfə pozub Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
Qarabağ
24 May , 2016 09:22
Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 18 dəfə pozub

Bakı. 24 may. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikası Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi