Azərbaycan MN: Dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib

Azərbaycan MN: Dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib “Həmişə olduğu kimi Ermənistan tərəfi yenə də öz itkilərini gizlətməkdə davam edir”
Qarabağ
17 İyun , 2017 11:15
Azərbaycan MN: Dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümü ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib: “Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.

Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.

Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir”.

Son xəbərlər

Orphus sistemi