​Azərbaycan Minsk qrupunun həmsədr ölkələrinin XİN rəhbərlərinə məktub göndərib

​Azərbaycan Minsk qrupunun həmsədr ölkələrinin XİN rəhbərlərinə məktub göndərib Məmmədyarov: "Heç kim Azərbaycanın işinə müdaxilə edə bilməz"
Qarabağ
2 Fevral , 2016 22:34
​Azərbaycan Minsk qrupunun həmsədr ölkələrinin XİN rəhbərlərinə məktub göndərib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici siyasət idarələrinə məktub göndərib.

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan yunanıstanlı həmkarı Nikos Kotzias ilə birgə keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

XİN rəhbəri xatırladıb ki, Minsk qrupunun həmsədrləri bu yaxınlarda Dağlıq Qarabağ üzrə qəbul olunmuş bütün qərarların vasitəçilər ilə razılaşdırılmalı olmasına dair bəyanat yayıblar.

"Bu gülüncdür", - deyə nazir bildirib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq Azərbaycan XİN-i Rusiya, Fransa və ABŞ-ın xarici işlər nazirləri Sergey Lavrov, Loran Fabius və Con Kerriyə məktub göndərərək qeyd edib ki, "Azərbaycan beynəlxalq platformalarda istənilən məsələni qaldıra bilər və heç kim onun suveren işinə müdaxilə edə bilməz".

Son xəbərlər

Orphus sistemi