Yuxarı
    Bağlamaq

    Azərbaycan hərbçiləri Qarabağda erməni separatçılarının polkovnikini məhv edib - VİDEO

    Atəşin koordinasiyası pilotsuz uçan aparatın məlumatlarına görə aparılıb

    Bakı. 5 dekabr. REPORT.AZ/ Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan Dağlıq Qarabağ ərazilərindəki erməni mövqelərinin artilleriya atəşinə tutması barədə görüntüləri əks etdirən videogörüntülər yayıb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, atəşin koordinasiyası pilotsuz uçan aparatın məlumatlarına görə aparılıb. Atəş nəticəsində həmin vaxt ərazidə olan erməni hərbçiləri ölüb, həmçinin yaralılar da var. Ölən və yaralananlar arasında Dağlıq Qarabağdakı separatçı rejimin yüksək rütbəli hərbi rəhbərləri də olub.

    Həmçinin ölənlər arasında dağ-piyada diviziyası komandirinin müavini, polkovnik Aratyunan Cəlal Anatolyeviç də var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi