Bakı. 20 noyabr. REPORT.AZ/ Noyabrın 20-də saat 12.45 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Düşmənlə atışmada Azərbaycan Silahlı Qüvvələrinin 1995-ci ildə Astara rayonunda anadan olan əsgəri Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Allah rəhmət eləsin!