Yuxarı
    Bağlamaq

    Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərgin vəziyyət davam edir

    Erməni silahlı bölmələri atəşkəs rejimini 101 dəfə pozub

    Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərgin vəziyyət davam edir. 

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 101 dəfə pozub. 

    Nazirlikdən bildirilib ki, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Berkaber kəndində, Noyemberyan rayonunun Şavarşavan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı, Fərəhli, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

    Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Çaylı, Ağdam rayonunun Şıxlar, Şuraabad, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Kəngərli, Novruzlu, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi