Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb Monitorinq Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı cəbhə xəttində baş tutub
Qarabağ
5 İyun , 2015 14:57
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Bakı. 5 iyun. REPORT.AZ/ ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb. "Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlikdən bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 5-də təmas xəttində monitorinq keçirilib. Monitorinq Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı cəbhə xəttində baş tutub. 

Son xəbərlər

Orphus sistemi