Azərbaycan ermənilərin Almaniyada Naxçıvana qarşı təxribatının qarşısını alıb

Azərbaycan ermənilərin Almaniyada Naxçıvana qarşı təxribatının qarşısını alıb Azərbaycanın Almaniyadakı səfirliyi dərsliyi nəşr edən TELC şirkəti ilə dərhal əlaqə saxlayıb və zəruri tədbirlər görüb
Qarabağ
7 Aprel , 2017 17:39
Azərbaycan ermənilərin Almaniyada Naxçıvana qarşı təxribatının qarşısını alıb
Report

Bakı. 7 aprel. REPORT.AZ/ “Almaniyada dərc olunan və miqrant uşaqlarının alman dili öyrənməsi üçün nəzərdə tutulan bir dərslikdə Naxçıvan Muxtar Respublikasının ərazisinin Ermənistanın tərkib hissəsi kimi təqdim olunduğu rəngli şəklin yer aldığı barədə məlumat yayılıb. Məsələ ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyi dərsliyi nəşr edən TELC (The European Language Certificates) şirkəti ilə dərhal əlaqə saxlayıb və zəruri tədbirlər görüb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, sözügedən dərsliyin müəllifi olan “Telc gGmbH” şirkəti səfirliyə cavab məktubu ünvanlayıb. 

Məktubda deyilir: “Bizim “Sadəcə yaxşıdır! İnteqrasiya üçün alman dili” adlanan dərsliyimizin B1.1 və B1.2 cildlərində həqiqətən də Fotolia agentliyindən satın alınmış yanlış dünya xəritəsi yer almışdır. Biz bu səhvə görə çox təəssüf edirik. Həmin səhv bizə yalnız müştərilərimizin diqqətli olması sayəsində məlum olmuşdur. Təbii ki telc gGmbH siyasi ismarıclar verməkdən tamamilə uzaqdır. Sözügedən cildləri biz yenidən nəşr edəcəyik və həmin xəritəni dəyişdirəcəyik. Bununla əlaqədar olaraq, internet səhifəmizdə dərc olunan şərhi də diqqətinizə çatdırırıq”.

Şirkətin internet səhifəsində yerləşdirilmiş şərhdə də dərsliklərdə yerləşən dünya xəritəsinin səhv olduğu etiraf edilir, onun yer aldığı cildlərin dərhal yeni nəşrə veriləcəyi və bu zaman həmin xəritənin əvəzlənəcəyi vurğulanır. 

Son xəbərlər

Orphus sistemi