Prezident İlham Əliyev: "Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın"

Prezident İlham Əliyev: "Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın" Azərbaycan Prezidenti deyib ki, hərbi potensialın gücləndirilməsi prioritetdir
Qarabağ
24 Noyabr , 2015 17:31
Prezident İlham Əliyev: Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın

Bakı. 24 noyabr. REPORT.AZ/ "V çağırış Milli Məclisin qarşısında yeni çağırışlar durur. Hələ də problemlər var. Əsas diqqət həmin problemlərin həllinə yönəldilməlidir. Bu sırada ilk yeri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tutur". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisin ilk iclasında çıxışında deyib. 

Ermənistanın münaqişənin nizamlanmasında maraqlı olmadığını deyən Prezident İlham Əliyev beynəlxalq hüququn və tarixi ədalətin Azərbaycan tərəfində olduğunu, münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərar və qətnamələr qəbul etdiyini bildirib. 

"Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın" deyən dövlət başçısı ATƏT-in Minsk qrupunun fəaliyyətinin hələ ki, səmərə vermədiyini, bununla belə, diplomatik və siyasi səylərin davam etdiriləcəyini, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, hərbi potensialın gücləndirilməsi prioritetdir: "Bu, ölkəmizin təhlükəsizliyi üçün lazımdır".

Son xəbərlər

Orphus sistemi