Yuxarı
    Bağlamaq

    Azərbaycan Dağlıq Qarabağda qoşunların təmas xəttindən çıxarılmasının tərəfdarıdır

    Elmar Məmmədyarov: Bu münaqişə irəliləyişin təmin olunmasını tələb edir, çünki hər ötən gün insan itkisinə səbəb olur

    Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Dağlıq Qarabağda qısa zamanda qoşunların təmas xəttindən çıxarılmasının tərəfdarıdır.

    "Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib.

    "Bu münaqişə ən qısa zamanda irəliləyişin təmin olunmasını, çıxış yolunun tapılmasının tələb edir, çünki hər ötən gün insan itkisinə səbəb olur. Hesab edirəm ki, məsələnin həllinə konkret yanaşmaq lazımdır. Silahlı qüvvələr mütləq şəkildə kazarmalara qayıtmalıdır. Bu, nə qədər tez olarsa, bir o qədər yaxşıdır", - deyə nazir Rusiya və İran XİN başçıları - Sergey Lavrov və Məhəmməd Cavad Zərif ilə danışıqlardan sonra bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi