Yuxarı
    Bağlamaq

    Azərbaycan Avropa Parlamentinin 3 üzvü barəsində İnterpola sorğu göndərib

    Onların Dağlıq Qarabağdakı qondarma “referendum”da “müşahidəçi” qismində iştirak etmək üçün keçmələrinə əsaslı şübhələr var

    Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edən Avropa Parlamentinin üzvləri ilə bağlı İnterpola sorğular göndərilib. 

    Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

    "Avropa Parlamentinin üzvləri - Lüksemburq Böyük Hersoqluğunun vətəndaşı Frank Engel, Kipr Respublikasının vətəndaşı Eleni Teoxarus və Çex Respublikasının vətəndaşı Yaromir Ştetina “Dağlıq Qarabağ Respublikası” adı altında yaradılmış qondarma rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə kütləvi informasiya vasitələrinə verdikləri müsahibələrində, iştirak etdikləri beynəlxalq tədbir və konfranslarda işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən qurumu “müstəqil dövlət” kimi təqdim etmələrinə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda dəfələrlə, xüsusən sonuncu dəfə 2017-ci il fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “referendum”da “müşahidəçi” qismində iştirak etmək üçün keçmələrinə əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək barələrində beynəlxalq axtarış elan olunması üçün İnterpola müvafiq sorğu göndərilib", - məlumatda deyilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi