Azay Quliyev: "ATƏT beynəlxalq hüquq çərçivəsində regionda münaqişələrin həllinə nail olmalıdır"

Azay Quliyev: "ATƏT beynəlxalq hüquq çərçivəsində regionda münaqişələrin həllinə nail olmalıdır" "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində konkret nəticələr verəcək"
Qarabağ
2 İyul , 2016 11:39
Azay Quliyev: ATƏT beynəlxalq hüquq çərçivəsində regionda münaqişələrin həllinə nail olmalıdır

Bakı. 2 iyul. REPORT.AZ/ "ATƏT beynəlxalq hüquq prinsipləri çərçivəsində Moldova və Cənubi Qafqazda münaqişələrin həllinə nail olmalıdır".

"Report" xəbər verir ki, bunu ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iyulun 2-də Tbilisidə keçirilmiş iclasında ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, ATƏT PA-nın Büro üzvü, azərbaycanlı deputat Azay Quliyev deyib.

O, ötən il Finlandiyada Helsinki prinsiplərinə sadiqlik məsələsinə dair qətnamə qəbul edildiyini xatırladıb: "Hesab edirəm ki, bu, ATƏT məkanında münaqişələrin həlli üçün hüquqi çərçivə baxımından əsas kimi çıxış edə bilər. Almaniya ATƏT-ə sədrliyi dövründə münaqişələrin həllinin onlar üçün prioritet təşkil edəcəyini açıqlayıb və bu istiqamətdə bir sıra tədbirlər keçirib. Ümidvaram ki, ATƏT təşkilatın fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun qəbuledilməz olması ilə bağlı bəyanatını dəstəkləyəcək".

A.Quliyev həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Dağlıq Qarabağ münaqişəsinin həllində konkret nəticələr verəcəyinə ümid etdiyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi