Yuxarı

Azərbaycan XİN rəhbəri: "Dağlıq Qarabağ münaqişəsi bütün regionun təhlükəsi üçün risk yaradır"

Güc tətbiq etməkdən çəkinmək lazımdır

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi bütün regionun təhlükəsi üçün riskdir və problemli vəziyyət  yaradır". "Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı zamanı deyib.  

Nazir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların nəticəsi olan atəşkəs rejimi bu gün çox "kövrəkdir".

"Münaqişənin tənzimlənməsində hər hansı bir irəliləyişin olduğunu deyə bilmərəm, Azərbaycan torpaqları hələ də işğal altındadır, öz yurdlarından qovulan azərbaycanlılar evlərinə, torpaqlarına qayıda bilmirlər" - deyə, E.Məmmədyarov bildirib. 

Nazir qeyd edib ki, Azərbaycan münaqişənin tezliklə həll olunmasının tərəfdarıdır və bununla əlaqədar həmsədrlərlə eyni rejimdə işləməyə çalışır.

Məmməyarov bu yaxınlarda təmas xəttində atəşkəs rejiminin pozulması faktını da xatırladıb. O vurğulayıb ki, güc tətbiq etməkdən çəkinmək lazımdır, əks halda bu, "20-ci əsrin sonlarında hökm sürən qalmaqallı dövrün bərpasına" gətirib çıxara bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi