Yuxarı
    Bağlamaq

    Azərbaycan xarici işlər naziri ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri ilə görüş keçirib

    Nazir münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyib

    Bakı. 24 sentyabr. REPORT. AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 23 sentyabr tarixində Nyu Yorkda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ilə görüşüb. "Report"a Azərbaycan XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr aparılıb.

    Nazir Elmar Məmmədyarov Azərbaycanın mövqeyini bir daha vurğulamış və münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi