Yuxarı

Azərbaycan və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında fikir mübadiləsi aparıblar

Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Fransa prezidenti Fransua Ollandın görüşü olub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Fransa prezidenti Fransua Ollandın görüşü olub. Report-un xəbərinə görə, görüşdə iki ölkələ arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Azərbaycan ilə Fransa arasında əməkdaşlığın müxtəlif sahələrdə daha yaxşı perspektivlərinin olduğu vurğulanıb.

Söhbət zamanı dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi