Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Petrosyan Karen Artuşeviçin nəşini Ermənistana qaytarıb

    Proses insidentsiz başa çatıb

    Bakı. 10 oktyabr.REPORT.AZ/ Azərbaycan ərazisində saxlanılan və 8 avqust 2014-cü il tarixdə saxlanma yerində qəflətən ölən Ermənistan silahlı birləşmələri diversiya qrupunun üzvü, 1981-ci il təvəllüdlü Petrosyan Karen Artuşeviçin nəşi qarşı tərəfə qaytarılıb.

    “Report”un xəbərinə görə, bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

    İnsidentsiz başa çatan proses Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

    Qeyd edək ki, nəşin qaytarılması prosesi Qazax rayonunun Bala Cəfərli kəndinin ərazisində baş tutub 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi