Yuxarı

Azərbaycan Müdafiə Nazirliyi: Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozub

Qarşı tərəf cavab atəşi ilə susdurulub

Bakı. 4 sentyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin bir neçə istiqamətində atəşkəsi pozub.

Bu barədə Report-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, erməni silahlı bölmələri ötən gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. 

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi