Yuxarı

Azərbaycan Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub

Qarşı tərəf cavab atəşi ilə susdurulub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri bir neçə istiqamətdə atəşkəsi pozublar.

Bu barədə Report-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, erməni silahlı bölmələri dünən və ötən gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi