Yuxarı
    Bağlamaq

    Azərbaycan Müdafiə Nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 31 dəfə pozulub

    Düşmən cavab atəşi ilə susdurulub

    Bakı. 31 oktyabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərini atəşə tutublar.

    Ağdam rayonunun Şuraabad, Novruzlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi