Yuxarı
    Bağlamaq

    Azərbaycan Müdafiə Nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 30 dəfə pozulub

    Düşmən cavab atəşi ilə susdurulub

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, erməni silahlı bölmələri Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

    Düşmən cavab atəşi ilə susdurulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi