Yuxarı
    Bağlamaq

    Azərbaycanın üçüncü ölkəyə təhvil verdiyi erməni əsirin harada olduğu açıqlanıb

    Azərbaycanın üçüncü tərəfə təhvil verdiyi İnciqulyan BMT-nin qaçqınlar düşərgəsindədir

    Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycanın üçüncü ölkəyə təhvil verdiyi erməni əsir Akop İnciqulyan hazırda Rumıniyadadır. Report Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə onun qardaşı Arutyun İnciqulyan bildirib. 

    Onun sözlərinə görə, A.İnciqulyan Rumıniyada BMT-nin qaçqınlar düşərgəsində yerləşdirilib. Onun doğmaları artıq bir neçə dəfə Akopla Skype vasitəsilə əlaqə saxlayıblar. 

    A.İnciqulyanın öz ölkəsinə qayıtmaq məsələsinə gəldikdə, Arutyun qeyd edib ki, onun qardaşı Ermənistana qayıtmaq istəyir, lakin Akopun son olaraq hara göndəriləcəyi onlara hələ məlum deyil.

    Xatırladaq ki, ötən həftə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi Ermənistan hərbçisi Akop İnciqulyanı üçüncü ölkəyə təhvil verdiyini açıqlayıb. İnciqulyanın məhz hansı ölkəyə təhvil verilməsi haqqında bildirilmirdi. 

    1991-ci il təvəllüdlü Akop İnciqulyan 2013-cü il avqustun 7-dən 8-nə keçən gecə Ağdam rayonunda Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi