Yuxarı
    Bağlamaq

    Axtarışda olan cinayətkar Ermənistan ordusunda xidmət edirmiş

    Bakı. 11 dekabr. REPORT.AZ/ Ermənistan ordusu tərəfindən işğal olunmuş Madagiz yaşayış məntəqəsində yerləşən düşmən ordusunun hərbi hissələrindən birində qulluq edən hərbçi məzuniyyətdə olarkən polis tərəfindən həbs edilib.

    "Report"un məlumatına görə, hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilən, ikinci taborun hərbi qulluqçusu Rafael Barsamyan Yerevan şəhərində həbs olunub.

    Sonradan məlum olub ki, R.Barsamyan hərbi xidmətə çağırılmamışdan əvvəl törətdiyi cinayətə görə polis tərəfindən axtarışda imiş.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi