Yuxarı
    Bağlamaq

    Avstriya XİN başçısı: “Biz Ermənistanla Azərbaycan arasında vasitəçilik etməyə hazırıq”

    Sebastyan Kurts : “Biz ATƏT-in Minsk qrupunun üzvü deyilik, ancaq Minsk prosesini dəstəkləmək üçün əlimizdən gələni edirik”

    Bakı. 21 noyabr. REPORT.AZ/ “Avstriya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün Ermənistanla Azərbaycan arasında vasitəçilik etməyə hazırdır” .

    “Report” xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Sebastyan Kurts “Armenpress”ə müsahibəsində bildirib.

    “Biz ATƏT-in Minsk qrupunun üzvü deyilik, ancaq Minsk prosesini dəstəkləmək üçün əlimizdən gələni edirik. Şübhəsiz bu münaqişənin hərbi yolu yoxdur. Tərəflər maksimum əməkdaşlığa və danışıqlara cəlb edilməlidir. Münaqişənin yenidən alovlanması həlledici ola bilər və Moskvadan Vaşinqtonadək beynəlxalq ictimaiyyət bunun tərəfdarı deyil. Danışıqlar masasında artıq çoxsaylı təkilflər var”, - deyə nazir vurğulayıb.

    Qeyd edək ki, 2017-ci ildə ATƏT-ə Avstriya sədrlik edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi