Yuxarı
    Bağlamaq

    Avstriya səfiri: "Körpə qızın qətlə yetirilməsi böyük faciədir"

    Aksel Vex: ATƏT-in fəaliyyətdə olan sədri kimi, Avstriyanın münaqişəsinin nizamlanmasında vasitəçi kimi çıxış etmək öhdəliyi var

    Bakı. 7 iyul. REPORT.AZ/ "Körpə qızın qətlə yetirilməsi böyük faciədir, mərhumun ailəsinə başsağlığı veririk".

    Bunu Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex deyib.

    Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri kimi, Avstriyanın münaqişəsinin nizamlanmasında vasitəçi kimi çıxış etmək öhdəliyi var: "Biz kiminsə tərəfini tuta bilmərik. Əsas məqsədimiz tərəfləri bir araya gətirmək və bu məsələnin həlli yolunu tapmaqdır".

    A.Vex əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı masada ATƏT-in çoxsaylı təklifi var, amma münaqişə tərəfləri bunları özləri qəbul etməlidir: "ATƏT hər hansı həll yolunu məcburi qaydada həyata keçirə bilməz".

    Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

    Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmin faktlarla bağlı Füzuli rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi