Yuxarı

Avstriya prezidenti: "Azərbaycanın ATƏT-in Minsk qrupunun səylərindən məyusluğu barədə məlumatım var"

2015-ci ildə qoşunların təmas xətti boyunca zorakılığın kəskin artması ciddi narahatlıq doğurur

Bakı. 17 mart. REPORT.AZ/ "2017-ci ildə Avstriyanın ATƏT-dəki sədrliyi Almaniyanın cari sədrliyinin əla işinə əsaslanacaq. Biz Dağlıq Qarabağ münaqişəsi kimi vacib və həssas məsələdən xəbərdarıq. 2015-ci ildə qoşunların təmas xətti boyunca zorakılığın kəskin artması ciddi narahatlıq doğurur".

"Report" xəbər verir ki, bunu "The Business Year" nəşrinə müsahibəsində Avstriya prezidenti Haynts Fişer deyib.

Xatırladaq ki, 2017-ci ildə ATƏT-ə sədrlik Almaniyadan Avstriyaya keçəcək.

"Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərindən məyusluğu barədə məlumatım var. Bununla belə, Minsk qrupunun münaqişənin həlli üçün yeganə praktik platforma olduğuna əminik", - deyə Avstriya prezidenti bildirib.

Prezidentin sözlərinə görə, münaqişənin Madrid prinsipləri əsasında həlli hələ də danışıqlar masasında qalmaqdadır. O, Avstriyanın bu uzun sürən münaqişənin həllində yardımçı olmağa hazır olduğunu da bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi