Yuxarı
    Bağlamaq

    Avstriyanın ATƏT-dəki nümayəndəliyi: “Atəşkəs rejiminin pozulması qəbuledilməzdir və sülh prosesini sarsıdır”

    Helen Şpitser: “Həmsədrlərin vasitəçilik səylərini tam dəstəkləyirik”

    Bakı. 22 iyun. REPORT.AZ/ “Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə dəfələrlə bəyan etmişik ki, atəşkəs rejiminin pozulması qəbuledilməzdir və bu, sülh prosesini sarsıdır”.

    “Report” “Новости Армении-NEWS.am”a istinadən xəbər verir ki, bunu hazırda ATƏT-ə sədrlik edən Avstriyanın bu təşkilatdakı nümayəndəliyinin mətbuat katibi Helen Şpitser bildirib.

    Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində son zamanlar atəşkəsin pozulmasına münasibət bildirən H.Şpitser deyib: “Biz həmsədrlərin iyunun 19-da verdikləri bəyanata istinad edərək, onların vasitəçilik səylərini tam dəstəkləyirik. Onların tənzimlənmə prosesinin irəliləməsi ilə bağlı bəyan etdikləri təkliflər ATƏT-in sədri kimi bizim məsələyə yanaşmamıza tam uyğundur”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi