Yuxarı
    Bağlamaq

    Avstraliyalı senator parlamentdə Xocalı soyqırımı barədə danışıb

    Senator həmkarlara həmin gün qadın və uşaqlar da daxil olmaqla, 600 mülki şəxsin öldürüldüyünü diqqətə çatdırıb

    Bakı. 15 fevral. REPORT.AZ/ Avstraliya İttifaqı Parlamentinin Senatında Qərbi Avstraliya ştatından seçilmiş Avstraliya Liberal Partiyasının üzvü senator Kris Bak (Chris Back) Xocalı faciəsi ilə bağlı çıxış edib.

    "Report"un Avstraliya parlamentinin saytına istinadən verdiyi xəbərə görə, senator K.Bak çıxışında yaxın iki həftə ərzində Azərbaycan xalqının ölkə tarixinin ən qanlı faciəsinin 25-ci ildönümünü qeyd edəcəyini bildirərək, həmin gün qadın və uşaqlar da daxil olmaqla, 600 mülki şəxsin öldürüldüyünü diqqətə çatdırıb.

    K.Bak 25 fevraldan 26 fevral tarixinə keçən gecədə erməni silahlı qüvvələrinin rus qoşunlarının yardımı ilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna aid olan Xocalı şəhərini işğal etdiyini və erməni əsgərləri tərəfindən insanların öldürüldüyünü və ya donmağa məhkum edildiyini qeyd edib.

    Senator həmin gecə baş vermiş hadisələrin xarakter etibarilə faciəvi və dəhşətli olduğunu bildirərək, 1990-cı illərdə baş vermiş müharibənin fəlakətli fəsadlarının hələ də davam etdiyini vurğulayıb. K.Bak Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsin əldə edildiyini bildirir və Azərbaycanın Dağlıq Qarabağ regionunun hazırkı əhalisinin 100 min etnik erməni təşkil etdiyini vurğulayıb.

    Müharibənin fəsadlarını humanitar böhranın ən ağır forması kimi xarakterizə edən K.Bak uğurlu vasitəçilik olmadan atəşkəsin pozulması halları və yenilənmiş gərginliklərin hərbi münaqişənin yenidən alovlanmasına gətirib çıxaracağını qeyd edib və bu halın ümumilikdə Qafqaz regionunda qeyri-sabitliyə yol açacağını vurğulayıb.

    Sonda avstraliyalı senator Azərbaycanın Dağlıq Qarabağ regionunun hazırda Ermənistanın nəzarəti altında olduğunu xüsusilə qeyd edərək, etnik azərbaycanlıların öz ata-baba yurdlarında məskunlaşmaq hüququnun olduğuna inandıqlarını bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi