​Avstraliya XİN başçısı: "Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq"

​Avstraliya XİN başçısı: "Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq" "Avstraliya hökuməti münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir
Qarabağ
1 Dekabr , 2015 19:21
​Avstraliya XİN başçısı: Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq

Bakı. 1 dekabr. REPORT.AZ/ "Avstraliya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir".

Milli Məclisin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, bunu Avstraliyanın xarici işlər naziri xanım Culie Bişop bildirib.

Nazir deyib ki, Avstraliya hökumətinin dünyanın müxtəlif ölkələrinin suveren ərazisinin qanunsuz işğalını pisləyən çoxillik siyasəti var: "Avstraliya hökumətinin siyasəti Azərbaycanın suverenliyini tanımaqdan ibarətdir. Ermənistan və Azərbaycan hökumətləri məsələni sülh yolu ilə həll etmək, münaqişəyə və Dağlıq Qarabağ regionunun işğalına son qoymaq üçün bir araya gəlməlidirlər".

Qeyd edək ki, Avstraliya Parlamentinin üzvü, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Luke Simpkins xanım Culie Bişopa Azərbaycan ərazisinin, xüsusilə də Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi barədə sualla müraciət edib. Deputat xarici işlər nazirindən bu işğala dair Avstraliya hökumətinin mövqeyini, hökumətin bu rayonların Azərbaycana məxsus olmasını tanıyıb-tanımadığını soruşub.

Son xəbərlər

Orphus sistemi