​Avropanın məşhur EurActiv nəşri Dağlıq Qarabağ münaqişəsinə həsr olunan məqalə dərc edib

​Avropanın məşhur EurActiv nəşri Dağlıq Qarabağ münaqişəsinə həsr olunan məqalə dərc edib ATƏT-in Minsk qrupu vəzifələrinin öhdəsindən gələ bilmir
Qarabağ
24 İyul , 2015 16:36
​Avropanın məşhur EurActiv nəşri Dağlıq Qarabağ münaqişəsinə həsr olunan məqalə dərc edib

Bakı. 24 iyul. REPORT.AZ/ Avropanın məşhur EurActiv nəşri Dağlıq Qarabağ münaqişəsinə həsr olunan məqalə dərc edib.

"Report" EurActiv nəşrinə istinadən xəbər verir ki, məqalə müəllifi Tim Scott yazır ki, bir çoxları yayda istirahət etməyə getdiyi zaman Qarabağda hər şey var, lakin istirahət yoxdur.

Eyni zamanda qeyd olunur ki, oradakı münaqişənin davam etdiyi 27 il ərzində beynəlxalq ictimaiyyət tərəfindən özlərini unudulmuş hesab edən milyonlarla məcburi köçkünə ümid verən bir hadisə baş verib: "Yayın əvvəllərində Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 1992-ci ildə erməni qoşunları tərəfindən öz doğma torpaqlarından deportasiya edilən 7 şəxsin cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə qərarında qeyd olunub ki, bu şəxslərin əmlakı zorla əlindən alınaraq, onların şəxsi həyatı və ailələrinin qorunması hüquqları pozulub. Lakin ən əsası odur ki, Ermənistanın bu əraziləri işğal etdiyi və onları zor gücü ilə nəzarətində saxladığı deyilir".

Müəllif bunun heç bir dövlət tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağı "müstəqil dövlət" kimi təqdim etməyə çalışan Ermənistana böyük zərbə olduğunu qeyd edib.

Lakin T.Skott Avropa İnsan Haqları Məhkəməsinin qərarının Avropa mediasının çox az yer ayırdığı sülh prosesinə təsir edə biləcəyinə skeptik yanaşdığını vurğulayır: "Bu ona görə baş verir ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu bu istiqamətdə çox az irəliləyiş əldə edib və beynəlxalq ictimaiyyəti Ermənistanı heç bir qeyd-şərtsiz, dərhal işğal olunan əraziləri tərk etməyə çağırsın".

T.Skott həmçinin Avropa İnsan Haqları Məhkəməsinin qərarının qoşunların təmas xəttindəki vəziyyətə təsir edə bilmədiyindən təəssüf hissi keçirdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi