Yuxarı
    Bağlamaq

    Avropada Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib

    Tədbirlər Almaniya, Hollandiya, Avstriya, İtaliya, Yunanıstan və Türkiyədə baş tutub

    Bakı. 22 Fevral. REPORT.AZ/ “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (İB) və “Əlillər Dünyası” qəzetinin əməkdaşları hər iki təşkilatın rəhbəri Tahir Xudiyevin təşəbbüsü ilə bu günlərdə Almaniya, Hollandiya, Avstriya, İtaliya, Yunanıstan və Türkiyədə XX əsrin faciəsi olan Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər həyata keçiriblər.

    "Report" AzərTAc-a istinadla xəbər verir ki, tədbirlər zamanı ictimaiyyət ermənilərin törətdiyi vəhşiliklər haqda məlumatlandırılıb və iştirakçılara Xocalı, eləcə də Qarabağ həqiqətlərindən bəhs edən kitablar təqdim olunub.

    Silsilə tədbirlərdə 1992-ci ilin fevralında Xocalıda baş vermiş dəhşətli hadisələrdən danışılıb. Vurğulanıb ki, Azərbaycana qarşı ərazi iddiası irəli sürən, torpaqlarımızın 20 faizini işğal edən və etnik təmizləmə siyasəti aparan ermənilər fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək silahsız və günahsız əhaliyə qarşı tarixdə görünməmiş qəddarlığa əl atıblar. Onlar keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə 613 mülki şəxsi amansızlıqla qətlə yetiriblər. Vəhşiləşmiş ermənilər hətta qadınlara, uşaqlara və yaşlı sakinlərə belə aman verməyərək, onları qəddarcasına güllə-boran ediblər. Xocalı faciəsi yalnız azərbaycanlılara deyil, eyni zamanda, bəşəriyyətə qarşı törədilən cinayətdir. Bu, XX əsrin sonlarında dünyada görünməyən soyqırımıdır. İnsanlığa qarşı bu kimi cinayətlər cəzasız qalmamalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi