Yuxarı

Avropa Şurasının komissarı: "Dağlıq Qarabağdakı vəziyyət ciddi narahatlıq doğurur"

Nies Mujnieks münaqişə tərəflərini beynəlxalq humanitar hüquq normalarına riayət etməyə çağırıb

Bakı. 18 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ciddi narahatlıq doğurur". "Report" xəbər verir ki, bunu AŞPA-nın Strasburqda keçirilən plenar iclasında çıxış edən Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks deyib.

O qeyd edib ki, münaqişə zonasında təmas xəttində gərginliyin artması dinc sakinlərin əziyyət çəkməsinə və ölümünə gətirib çıxarır.

AŞ komissarı münaqişə tərəflərini gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırıb: "Beynəlxalq Qızıl Xaç Komitəsini cəlb etmək və beynəlxalq humanitar hüquqa normalarına riayət etmək lazımdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi