Avropa Parlamenti qarşısında Ermənistanın təxribatı ilə əlaqədar aksiya keçiriləcək

Avropa Parlamenti qarşısında Ermənistanın təxribatı ilə əlaqədar aksiya keçiriləcək Aksiyada beynəlxalq ictimaiyyətdən işğalçı ölkənin cinayətkar əməllərinə lazımi qiymət verilməsini tələb edən şüarlar səsləndiriləcək
Qarabağ
6 İyul , 2017 12:14
Avropa Parlamenti qarşısında Ermənistanın təxribatı ilə əlaqədar aksiya keçiriləcək

Bakı. 6 iyul. REPORT.AZ/ Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsinə etiraz əlaməti olaraq, Brüsseldə Avropa Parlamenti və Ermənistan Səfirliyi qarşısında etiraz aksiyası keçirəcək. 

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, aksiyada beynəlxalq ictimaiyyətdən işğalçı ölkənin cinayətkar əməllərinə lazımi qiymət verilməsini tələb edən şüarlar səsləndiriləcək. Aksiyanın keçirilməsi ilə bağlı artıq yerli orqanlara müraciət göndərilib.

Qeyd edək ki, artıq Avropa Azərbaycanlıları Konqresi (AAK) tərəfindən Avropa İnstitutlarına, beynəlxalq təşkilatlara, Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə etiraz məktubları ünvanlanıb, bəyanatlar göndərilib. Bu qanlı cinayətin qəti şəkildə pisləndiyi məktub və bəyanatlarda Avropa azərbaycanlılarının baş verən hadisələrdən dərin narahatlıq hissi keçirdikləri ifadə olunub, belə halların beynəlxalq hüquq normalarına tam zidd olduğu vurğulanıb.

Eyni zamanda, erməni vəhşiliklərinin azərbaycanlılara qarşı aparılan məqsədyönlü siyasətin tərkib hissəsi olduğu qeyd edilib və bunun Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini göstərdiyi bildirilib. AAK dünya birliyini və beynəlxalq təşkilatları baş verən hadisəyə biganə qalmamağa və Ermənistan tərəfinin həyata keçirdiyi digər qanunsuz əməllər və Azərbaycan ərazilərini işğal etməsi faktı ilə bağlı daha sərt reaksiya verməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi