Avropa Oyunları keçirildiyi müddətdə ermənilərin atəşkəsi neçə dəfə pozduğu məlum olub

Avropa Oyunları keçirildiyi müddətdə ermənilərin atəşkəsi neçə dəfə pozduğu məlum olub Ermənistan idman oyunları zamanı da atəşkəs rejiminə əməl etməyib
Qarabağ
29 İyun , 2015 14:35
Avropa Oyunları keçirildiyi müddətdə ermənilərin atəşkəsi neçə dəfə pozduğu məlum olub

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanda keçirilən "Bakı-2015" I Avropa Oyunları müddətində Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini neçə dəfə pozduğu məlum olub.

"Report"un Monitorinq Qrupunun apardığı araşdırmaya görə, Avropa Oyunlarının keçirildiyi dövrdə - 12-28 iyun tarixlərində erməni tərəfi atəşkəsi 1478 dəfə pozub.

Belə ki, Ermənistanın İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Yarımca, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Kəngərli, Qaraqaşlı, Şıxlar, Baş Qərvənd, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Bundan əlavə, ermənilər Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şirvanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Şıxlar, Mərzili, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Alxanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığındakı adsız yüksəkliklərdən də Azərbaycan ordusunun mövqelərini atəşə tutub.

Son xəbərlər

Orphus sistemi