Avropa Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı şikayəti üzrə son qərarını elan edəcək

Avropa Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı şikayəti üzrə son qərarını elan edəcək Qərar dekabrın 12-də açıqlanacaq
Qarabağ
6 Dekabr , 2017 14:56
Avropa Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı şikayəti üzrə son qərarını elan edəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovların Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının yeni qərarının elan olunacağı tarix məlum olub.

Avropa Məhkəməsinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qərar dekabrın 12-də açıqlanacaq.

Qeyd edək ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər.

Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı təsdiq etdiyi və Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduğu gündən, yəni göstərilən ərizə ilə bağlı icraat başlananadək həmin məhkəmədə məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan hökuməti zəruri tədbirlər görməyə başlayıb. Ermənistanın işğalçı siyasətini, Dağlıq Qarabağda cinayətkar rejiminə hərbi, iqtisadi, siyasi, inzibati və digər dəstəyi barədə kifayət qədər sübutlar toplanıb. 

2015-ci ilin iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayıb. Qərarda qeyd olunub ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.

Lakin maddi təzminatla bağlı hissə sonraya saxlanılıb. Ona görə də Avropa Məhkəməsinin Böyük Palatası bu hissə üzrə yeni qərarını açıqlayacaq. 

Son xəbərlər

Orphus sistemi