Yuxarı

​Avropa İttifaqının təmsilçisi: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur"

Gerbert Zalber: Avropa İttifaqı ATƏT-in Minsk Qrupu formatını dəstəkləyir

Bakı. 8 iyul. REPORT.AZ/ Yerevanda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salber Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Xarici İşlər Nazrilyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin tənzimlənməsi prosesindən danışıblar.

G.Zalber qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin alternativi yoxdur və Avropa İttifaqı ATƏT-in Minsk Qrupu formatını dəstəkləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi