Yuxarı
    Bağlamaq

    Avropa İttifaqının komissarı ilə Ermənistanın XİN başçısı Qarabağ münaqişəsini müzakirə edib

    Dinlə

    Bakı. 20 iyun. REPORT.AZ/ Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, iyunun 20-də Y.Hanla Z.Mnatsakanyan arasında görüş olub.

    Tərəflər münaqişənin həlli üçün aparılan danışıqlar prosesinin irəliləməsi üçün əlverişli şəraitin yaradılmasının vacibliyini vurğulayıblar.

    Görüşdə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramına üzv olan ölkələrin xarici işlər nazirlərinin iyunun 22-də Minskdə keçiriləcək toplantısına dair müzakirələr aparılıb. 

    Qeyd edək ki, Ermənistaın xarici işlər naziri Zoqrab Mnatsakanyan Brüsseldə işgüzar səfərdədir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi