Avropa İttifaqının ali nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsi çox ciddi problem olaraq qalır"

Avropa İttifaqının ali nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsi çox ciddi problem olaraq qalır" Ali nümayəndə Vyana, Sankt-Peterburq və Cenevrədə yüksək səviyyəli dialoqun bərpasını alqışlayıb
Qarabağ
9 Fevral , 2018 14:55
Avropa İttifaqının ali nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsi çox ciddi problem olaraq qalır

Bakı. 9 fevral. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi çox ciddi problem olaraq qalır".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunları üzrə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O, Vyana, Sankt-Peterburq və Cenevrədə yüksək səviyyəli dialoqun bərpasını alqışlayıb və tərəfləri danışıqları intensivləşdirməyə və təmas xəttində gərginliyi azaltmağa çağırıb: "Status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişənin beynəlxalq hüquq çərçivəsində siyasi həllini tapmaq lazımdır".

Ali nümayəndə bildirib ki, Aİ ATƏT-in Minsk qrupunun səylərini və etimadın yaradılması üzrə tədbirlərini dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi