Yuxarı

Avropa İttifaqı: Qarabağ münaqişəsində status-kvonun saxlanması yolverilməzdir

Aİ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır

Bakı. 1 aprel. REPORT. AZ/ "Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması yolverilməzdir".

"Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaynadakı nümayəndəliyinin rəhbəri Malena Mard mətbuat konfransında bildirib.

Səfir vurğulayıb ki, Avropa İttifaqı  Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və ATƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun səylərini dəstəkləyir. 

"Biz bu münaqişənin həllinə yönələn yüksək səviyyəli görüşlərin keçirilməsinin davam etdirməsini vacib hesab edirik. Ötən il Azərbaycan və Ermənistan prezidentləri bir neçə görüş keçirib, ümid edirəm ki, belə görüşlər bu il də baş tutacaq", - M.Mard bildirib. 

Jurnalistlərin yenilənən Avropa Qonşuluq Siyasəti proqramına bu məsələnin daxil edilib-edilməməsi haqqında sualını şərh edən M.Mard qeyd edib ki, bu siyasətin gündəliyinə dair məsləhətləşmələr iyun ayına qədər davam edəcək, buna görə də əvvəlcədən nə isə demək çətindir. Lakin, onun sözlərinə görə, gündəliyə həmçinin təhlükəsizlik məsələləri də daxil edilə bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi