Avropa İttifaqı Dağlıq Qarabağdakı "seçkilər"i tanımır

Avropa İttifaqı Dağlıq Qarabağdakı "seçkilər"i tanımır "Aİ ATƏT-in Minsk qrupunu və onun həmsədrlərinin səylərini qəti şəkildə dəstəkləyir"
Qarabağ
1 May , 2015 15:21
Avropa İttifaqı Dağlıq Qarabağdakı seçkiləri tanımır

Bakı. 1 may. REPORT.AZ/ Avropa İttifaqı Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağdakı "seçkilər"i tanımır. "Report" xəbər verir ki, bu barədə Aİ-nin bu gün dərc olunan bəyanatında deyilir. 

"Mayın 3-də Dağlıq Qarabağda planlaşdırılan "parlament seçkiləri" ilə bağlı məlumatlarla əlaqədar biz bir daha bildiririk ki, Avropa İttifaqı onların konstitusion və hüquqi çərçivədə keçirildiyini tanımır", - bəyanatda deyilir. Qeyd olunub ki, bu prosedurlar Dağlıq Qarabağın yekun statusunu müəyyən edə və ya danışıqlar prosesinə təsir göstərə bilməz. 

"Aİ ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin yaranan status-kvo vəziyyətindən çıxması və hərtərəfli sülh danışıqlarının əldə olunması ilə bağlı səylərini qətiyyətlə dəstəkləyir. Aİ münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn səyləri gələcəkdə də dəstəkləməyə hazırdır", - bəyanatda deyilir. 

Son xəbərlər

Orphus sistemi