Yuxarı

​Aureliya Qriqoriu: "İkili standartlar siyasəti Ermənistanın özünü həyasızcasına aparmasına şərait yaradır"

Cəzasızlıq mühiti yeni cinayətlərə yol açır

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Erməni tərəfinin Tərtərdə dinc sakinləri atəşə tutması və daimi təxribatlar törətməsi hiddət və qəzəb hissi doğurur". Bunu "Report"a Moldovanın keçmiş Parlament Ombudsmanı, İctimai Palatanın sədri Aureliya Qriqoriu bildirib.

O qeyd edib ki, beynəlxaq ictimaiyyət Ermənistanın bu hərəkətlərini mütləq qınamalıdır: "Təəssüf ki, Ermənistan tərəfindən insan haqlarının kobud şəkildə pozulması, xüsusilə də yaşamaq hüququnun pozulması halları baş verir. Avropa mediasının, həmçinin Avropa və Rusiya siyasi dairələrinin həyata keçirdiyi ikili standartlar siyasəti Ermənistana özünü həyasızcasına aparmağa imkan verir. Cəzasızlıq yeni cinayətlərə yol açır".

A.Qriqoriu, həmçinin Azərbaycanda "siyasi məhbus"ların hüquqlarını müdafiə edən "hüquq müdafiəçiləri"nə müraciət edib. Keçmiş ombudsman onları Ermənistan səfirlikləri və konsulluqları qarşısına gedərək, fundamental insan haqlarının pozulmasına, həmçinin dinc vətəndaşların atəşə tutulmasına dərhal son qoyulmasını tələb etməyə çağırıb: "Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 20 faiz  torpaqları - Dağlıq Qarabağ ərazisi və ətraf 7 rayonun azad edilməsini tələb edin. Yalnız bundan sonra siz özünüzü hüquq müdafiəçiləri adlandıra bilərsiniz".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi