ATƏT-in MQ həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Parisə gediblər

ATƏT-in MQ həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Parisə gediblər Ceyms Uorlik: "Ümid edirəm ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə imkan yaradacaq"
Qarabağ
27 Oktyabr , 2014 11:31
ATƏT-in MQ həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Parisə gediblər

Bakı. 27 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Parisə gediblər.

"Report" xəbər verir ki, bu barədə ATƏT-in MQ-nin amerikalı həmsədri Ceyms Uorlik öz Tvitter səhifəsində bildirib. 

 "Ümid edirəm ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə imkan yaradacaq" - deyə, vasitəçi vurğulayıb.

Qeyd edək ki, İlham Əliyev və Serj Sarqsyanın növbəti görüşü Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə bu gün Parisdə keçiriləcək. Fransa KİV-nin məlumatına əsasən, görüş Yelisey sarayında baş tutacaq.

Son xəbərlər

Orphus sistemi