Yuxarı

​ATƏT sədrinin xüsusi nümayəndəsi Ermənistanın müdafiə naziri ilə görüşüb

Onlar son günlər təmas xəttində baş verən hadisələri müzakirə ediblər

Bakı. 28 mart. REPORT.AZ/ Ermənistanın müdafiə naziri Seyran Ohanyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiklə görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər son günlər təmas xəttində baş verən hadisələri müzakirə ediblər.

A.Kaspşik vəziyyətin sabitləşməsi üçün səlahiyyətləri daxilində bütün imkanlardan istifadə edəcəyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi