ATƏT sədrinin şəxsi nümayəndəsi qoşunların qarşıdurma xəttində keçirilən monitorinqlə bağlı bəyanat yayıb

ATƏT sədrinin şəxsi nümayəndəsi qoşunların qarşıdurma xəttində keçirilən monitorinqlə bağlı bəyanat yayıb Anjey Kaspşik: "Dağlıq Qarabağ münaqişəsində irəliləyişə nail olmaq üçün səylər davam etdirilir"
Qarabağ
5 Oktyabr , 2016 19:59
ATƏT sədrinin şəxsi nümayəndəsi qoşunların qarşıdurma xəttində keçirilən monitorinqlə bağlı bəyanat yayıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mandatına uyğun olaraq oktyabrın 5-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilmiş monitorinqlə bağlı bəyanat yayıb. 

"Report"un məlumatına görə, sənəddə bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri 2016-cı ilin aprelində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlikdən sonra 6 ay ərzində vəziyyətin sabitləşməsi və danışıqlar prosesində irəliləyiş üçün mütəmadi çalışıb və hazırda bu səylər davam etdirilir.

"Bəzi kütləvi informasiya vasitələrində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi atəşkəs rejiminin pozulması hallarını qeydə almamaqda ittiham edilir. Biz ərazidə olan zaman baş verən atəşkəs rejiminin pozulması hallarını həmişə qeydə alırıq. Əks təqdirdə yerli hərbçilərin təqdim etdiyi məlumatlara etibar edirik. Mən bir daha qeyd etmək istəyirəm ki, bizim bu cür insidentləri araşdırmaq mandatımız yoxdur", - deyə bəyanatda vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi