Bakı. 14 mart. REPORT.AZ/ ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik martın 14-də Azərbaycanın işğal altında olan Dağlı Qarabağ bölgəsinə gedib.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, o, erməni icmasının separatçı başçısı Bako Saakyanla görüşüb. Görüş zamanı təmas xəttindəki vəziyyət müzakirə edilib.