Yuxarı

​ATƏT sədrinin nümayəndəsi təmas xəttindəki vəziyyətdən narahatdır

Anji Kaspşik Ermənistan müdafiə nazirinin müavini David Tonoyanla görüşüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Ermənistan müdafiə nazirinin müavini David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş sentyabrın 2-də axşam saatlarında Yerevanda keçirilib.

Xəbərə görə, tərəflər son günlər Ermənistanla Azərbaycanın dövlət sərhədində baş verənləri və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki təmas xəttindəki vəziyyəti müzakirə ediblər.

Anji Kaspşik sərhəddə və təmas xəttində baş verənlərdən narahat olduğunu bildirib.

David Tonoyan sentyabrın 3-6-da Ermənistanın keçirəcəyi "Şant-2015" hərbi təlimi ilə bağlı ATƏT nümayəndəsinə məlumat verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi